ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

03.09.2019, 12:35
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 06-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Qazaxda vətəndaşları qəbul edəcək.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Qazax Rayon Məhkəməsində (ünvan: Qazax şəhəri, Səməd Vurğun küçəsi 29) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Qazax Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti