ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

17.09.2019, 12:35
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Lənkəranda vətəndaşları qəbul edəcək.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Lənkəran Ağır Cinayətlər Məhkəməsində (ünvan: Lənkəran şəhəri, Bakı-Astara şosesi, Göyşaban kəndi) saat 11:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti