Vətəndaşların nəzərinə
23.09.2019, 12:35Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Tovuzda vətəndaşları qəbul edəcək.
Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Tovuz Rayon Məhkəməsində (ünvan: Tovuz şəhəri, A.Qasımov küç., 17) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Tovuz Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455485 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: