Vətəndaşların nəzərinə
27.11.2019, 09:52Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev tərəfindən noyabrın 29-da Bərdə rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.
Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Bərdə Rayon Məhkəməsinin inzibati binasında (ünvan: Bərdə şəhəri, Gəncə küç., 45) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Bərdə Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: