Vətəndaşların nəzərinə
02.12.2019, 02:34Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 6-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifov Yardımlıda vətəndaşları qəbul edəcək.
Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Yardımlı Rayon Məhkəməsində (ünvan: Yardımlı şəhəri, Bəhruz Mansurov küç., 1) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Yardımlı Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502557715 əlaqə nömrələri və ya contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Ali Məhkəmənin Mətbuat Xidməti
Göstərilən platformalarda paylaş: