ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

14.05.2019, 15:35
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mayın 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Gəncədə, İnzibati-İqtisadi Kollegiyanın sədri Hikmət Mirzəyev Göygöldə, Cinayət Kollegiyasının sədri Şahin Yusifov Samuxda vətəndaşları qəbul edəcəklər.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Gəncə Apellyasiya Məhkəməsində (ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252),  Göygöl Rayon Məhkəməsində (ünvan: Göygöl şəhəri, Heydər Əliyev prospekti, 24),  Samux Rayon Məhkəməsində (ünvan: Samux şəhəri, Arif Nəbiyev küç., 40) saat 10:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Gəncə Apellyasiya Məhkəməsində, Göygöl Rayon Məhkəməsində, Samux Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti