ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

12.06.2019, 12:35
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Şirvanda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Saatlıda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Sabirabadda vətəndaşları qəbul edəcəklər.

Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulu Şirvan Apellyasiya Məhkəməsində (ünvan: Şirvan şəhəri, Naxçıvan küç., 3), Saatlı Rayon Məhkəməsində (ünvan: Saatlı şəhəri, H.Aslanov küç., 1), Sabirabad Rayon Məhkəməsində (ünvan: Sabirabad rayonu, Heydər Əliyev prospekti, 69) saat 10:00 başlanacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şirvan Apellyasiya Məhkəməsində, Saatlı Rayon Məhkəməsində, Sabirabad Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Ali Məhkəmənin Mətbuat Xidməti