ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Vətəndaşların nəzərinə

16.07.2019, 12:00
Vətəndaşların nəzərinə
Vətəndaşların nəzərinə

      Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 19-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Şəkidə, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qaxda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Zaqatalada vətəndaşları qəbul edəcəklər.

      Qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

      Vətəndaşların qəbulu Şəki Məhkəmə Kompleksi (ünvan: Şəki şəhəri, S.Mümtaz  küçəsi),  Qax Rayon Məhkəməsində (ünvan: Qax şəhəri, Azərbaycan prospekti, 16), Zaqatala Rayon Məhkəməsində (ünvan: Zaqatala şəhəri, 28 may küç., 46) saat 10:00 başlanacaq.

      Vətəndaşlar qəbula Ali Məhkəmədə, Şəki Apellyasiya Məhkəməsində (Şəki Məhkəmə Kompleksi), Zaqatala Rayon Məhkəməsində, Qax Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və contact2@supremecourt.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

      Ali Məhkəmənin Mətbuat Xidməti