ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

525.az: Məmmədyarov Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib

24.10.2014, 12:35
525.az: Məmmədyarov Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib
525.az: Məmmədyarov Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Dan Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub və Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığa aid məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

http://525.az/site/?name=xeber&news_id=27033