ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib

16.09.2022, 16:47
Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib
Ali Məhkəmənin sədri Sabirabad rayonunda vətəndaşları qəbul edib

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli, Kürdəmir  və digər bölgələrdən olan  vətəndaşları qəbul edib.

Qəbuldan öncə Sabirabad rayonunda Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib və məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərə baxılaraq qaldırılan bəzi məsələlərə yerindəcə müvafiq izah verilib, digər müraciətlər üzrə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən  məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı yerlərdə qəbulların keçirilməsinə görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Sabirabad Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, Şirvan Apellyasiya Məhkəməsinin, Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayon məhkəmələrinin hakimlərinin  iştirakı ilə müşavirə keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

Məhkəmə-hüquq islahatlarının ədalət mühakiməsinin effektivliyinin yüksəldilməsinə, insan haqlarının etibarlı təmin olunmasına xidmət etdiyini, eləcə də məhkəmə hakimiyyətinə ictimai etimadın artırılmasının bilavasitə hakimlərin fəaliyyətindən asılı olduğunu bildirərək, ədalət mühakiməsinin təməl prinsiplərinə dönmədən əməl olunmasının vacibliyini vurğulayıb.