ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Apa.az: Xorvatiya Ali Məhkəməsinin sədri: “Azərbaycan demokratikləşmə sahəsində böyük irəliləyişlər əldə edib”

24.10.2014, 12:35

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycan insan hüquqlarının təmin edilməsi sahəsində böyük addımlar atıb. Bunu APA-ya Xorvatiya Ali Məhkəməsinin sədri Branko Hrvatin deyib.

 “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Xorvatiya nümayəndə heyətinə rəhbərlik edən B.Hrvatn bildirib ki, ölkəsinin Azərbaycanla əlaqələri yüksək səviyyədədir.

“Bu, mənim Bakıya üçüncü səfərimdir. Azərbaycan demokratikləşmə sahəsində böyük irəliləyişlər əldə edib. Azərbaycan bu istiqamətdə keçirilən bir çox beynəlxalq tədbirlərə də ev sahibliyi edir ki, biz bunu müsbət dəyərləndiririk. Ölkələrimiz gəncdir. Əlaqələrimizin tarixi elə də uzağa getmir. Lakin məhkəmə sistemi sahəsində və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanla əməkdaşlıq edirik. Xorvatiya Azərbaycanla qonşu olmasa da, tərəfdaş ölkə kimi görür”, - deyə B.Hrvatin əlavə edib.

http://az.apa.az/news/359720