ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

27.06.2022, 15:00
Azərbaycan Respublikası Ali Məhkəməsi  sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur
Azərbaycan Respublikası Ali Məhkəməsi  sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda səfərdə olmuşdur

2022-ci il iyunun 24-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Fransa Respublikasının Strasburq şəhərində keçirilən “Pandemiya dövründə insan hüquqlarının müdafiəsi: yeni çağırışlar və yeni perspektivlər” adlı seminarda və məhkəmə ilinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir.

Seminarda “Pandemiya dövründə insan hüquqlarına qoyulan məhdudiyyətlər”ə, “Pandemiya zamanı dövlətlərin üzərinə düşən pozitiv öhdəliklər”ə, “Məhkəmələrdə icraat: yerli məhkəmələrin təcrübəsi”nə həsr olunmuş məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.

Seminardan sonra həmin gün axşam saatlarında təntənəli mərasim keçirilmişdir.

Mərasimdə Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropulun müraciəti dinlənilib.

Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Robert Spano və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç çıxış etmişlər.

Ali Məhkəmənin sədri Ramiz Rzayev səfər çərçivəsində ikitərəfli görüşlər keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.