Respublika Qəzeti: Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq müzakirə edilib
24.10.2014, 12:35Oktyabrın 24-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, görüşdə Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda konfransın əhəmiyyəti qeyd olunub, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Göstərilən platformalarda paylaş: