ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ
RƏNGİN TƏSVİRİ

Sia.az: Bakıda beynəlxalq konfrans keçirilir

24.10.2014, 12:35
Sia.az: Bakıda beynəlxalq konfrans keçirilir
Sia.az: Bakıda beynəlxalq konfrans keçirilir

Bu gün "İnsan Hüquqları və əsas Azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilir. SİA-nın məlumatına görə, konfransın açılış mərasimində Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Din Şpilman, Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və digərləri iştirak edib.

Birinci sessiya üzrə qabaqlama tədbirləri mövzularında dinləmələr olub. Moderator qismində Avropa Şurası İnsan Hüquqları üzrə rəhbər komitənin sədri Vit Alexander Şorm iştirak edib.

Daba sonra "Milli qanunvercilikdə Konvensiyanın statusu" mövzusunda Türkiyə Ali Məhkəməsinin sədri Ali Alkanın, "Avropa Şurasına üzv olan dövlətlərin Ali Məhkəmələrinin oynadığı rol" üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini hakimi Vəfaddin İbayevin, "Peşəkar hüquqşünasların öyrədilməsinin rolu: qanun pozuntusunun qarşısını almaqda onların təsirinə dair ən qabaqcıl təcrübələr" mövzusunda Avropa Şurası hakimi, hüquqşünaslar üçün İnsan Hüquqları sahəsində Təhsil Proqramının məşvərətçi kollegiyasının üzvü Grzegorz Borkovskinin çıxışları olub. 

Qeyd edək ki, sessiyanın ikinci hissəsində məhkəmə qərarlarının icrası mövzusunda dinləmələr olacaq. Beynəlxalq konfransa isə sabah yekun vurulacaq. 

http://sia.az/ru/news/politics/439088-bakida-beynelxalq-konfrans-kecirilir